ABŞ İranda bir neçə siyasi fəalın və hüquq müdafiəçisinin həbsini pisləyib

Dünya

01.11.2023 - 13:54

cedabet dərman SEO Xidməti

“Birləşmiş Ştatlar Tehranı Sotudə və digər haqsız yerə tutulanların həbsxanadan dərhal və qeyd-şərtsiz azadlığa buraxılmağa çağırır”

ABŞ oktyabrın 29-da 16 yaşlı Armita Geravandın dəfn mərasimi zamanı İran hakimiyyəti tərəfindən siyasilərin təqib edilməsini və bir neçə insan haqları müdafiəçisinin ədalətsiz həbsini pisləyib. AYNA xəbər verir ki, bu bəyanatla Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Miller Tehranda metroda hicabsız olduğu üçün hücuma məruz qaldıqdan sonra dünyasını dəyişən Armita Geravandın dəfn mərasimində həbs olunanlar arasında tanınmış insan haqları üzrə vəkil Nəsrin Sotudə, eləcə də bir neçə digər dinc fəalın olduğunu bildirib.

“Birləşmiş Ştatlar Tehranı Sotudə və digər haqsız yerə tutulanların həbsxanadan dərhal və qeyd-şərtsiz azadlığa buraxılmağa çağırır. Biz İran rejiminin öz xalqına qarşı dəhşətli rəftarını, o cümlədən qadınlara qarşı zorakılığı qətiyyətlə pisləyirik”, - Miller bildirib.

Onun sözlərinə görə, ABŞ İran xalqını dəstəkləməyə davam edəcək və rejimin ölkə daxilində və xaricində insan haqlarının pozulmasına görə məsuliyyət daşıması üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş