Hücum nəticəsində 1 zabit və 3 əsgər yaralanıb
İraqın Səlahəddin əyalətində ABŞ əsgərlərinin olduğu Bələd hərbi bazasına 8 raket atılıb.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 1 zabit və 3 əsgər yaralanıb.
Hərbi bazada Amerika əsgərləri ilə yanaşı, iraqlı hərbçilər də var.