ABŞ husilərə qarşı yeni sanksiyalar tətbiq edib

Dünya

11.06.2024 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

Sanksiyalar siyahısında Səid əl-Camalın, “Lainey Shipping Ltd.” şirkətinin də adı var

Vaşinqton Yəmən husilərinin “Ənsar Allah” hərəkatının maliyyə vasitəçisi Səid əl-Camala qarşı yeni sanksiyalar tətbiq edib. AYNA xəbər verir ki, “Bloomberg” bu barədə ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, sanksiyalar siyahısında Panama bayrağı altında məhdudiyyətlərə məruz qalan yükləri daşıyan “Janet” gəmisinin sahibi olan Honq-Konqda yerləşən “Lainey Shipping Ltd.” şirkəti də var.

“Husilər yüklərin mənşəyini gizlətmək, daşınma sənədlərini saxtalaşdırmaq və sanksiyaya məruz qalan gəmilərə xidmət göstərmək də daxil olmaqla, qanunsuz fəaliyyətlərini asanlaşdırmaq üçün geniş dəstək şəbəkəsindən istifadə etməyə davam edirlər”, – ABŞ maliyyə nazirinin müavini Brayan Nelson bildirib.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) husilərin Ədən körfəzində iki gəmiyə hücum etdiyini təsdiqləyib. Onların Yəmənin nəzarət olunan əraziləri ərazisindən iki gəmi əleyhinə ballistik raket atdıqları dəqiqləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş