Donald Tramp: "Əgər heç nə baş verməsə, biz "Azadlıq layihəsi"nə qayıda bilərik”
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların irəliləməməsi halında Hörmüz boğazında "Azadlıq layihəsi" kimi tanınan müşayiət missiyasının bərpa olunmasını təklif edib.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Amerika lideri jurnalistlərlə söhbətində deyib.
"Əgər heç nə baş verməsə, biz "Azadlıq layihəsi"nə qayıda bilərik. Amma bu, "Azadlıq layihəsi +" olacaq", - Tramp vurğulayıb.