ABŞ-də fırtına 7 nəfərin ölümünə səbəb olub

Dünya

18.05.2024 - 14:06

Həkimlər Klinikalar SEO Xidməti

Güclü külək elektrik xətlərini və ağacları yıxıb

ABŞ-nin Texas ştatının Hyuston şəhərində və digər ştatlarda şiddətli fırtına nəticəsində 7 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə “NBC News” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, güclü külək elektrik xətlərini və ağacları yıxıb, kərpic divarları uçurub.

Bildirilib ki, Harris dairəsində 3, Hyustonda isə 4 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş