ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya

Dünya

13.02.2020 - 23:23

Həkimlər Klinikalar SEO Xidməti

Sanksiyalar fevralın 3-dən qüvvəyə minib 

 

ABŞ Dövlət Departamenti Rusiyanın 3 şirkətinə qarşı sanksiya tətbiq edib.

 

AYNA xarici KİV-ə isitnadən xəbər verir ki, məhdudiyyətlər tətbiq olunan şirkətlər “Kumertau Aviasiya İstehsalat Müəssisəsi”, hərbi-sənaye korporasiyası “Maşınqayırma Elmi-İstehsalat Birliyi”, “Alətlər Dizayn Bürosu”dur.

 

Rəsmi Vaşinqton adıçəkilən şirkətlərin İran, Şimali Koreya və Suriyada kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozduqlarını iddia edib.

 

Tətbiq edilən sanksiyalar fevralın 3-dən qüvvəyə minib və iki il davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş