İranın bəzi təşkilatlarına və rəsmi şəxslərinə sanksiya tətbiq edilib
ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) 9 İran vətəndaşına və 3 təşkilata sanksiya tətbiq edib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, sanksiya tətbiq edilənlərdən biri İranın Daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlidir. Bundan başqa, İranın hüquq-mühafizə orqanları ilə əlaqəsi olan fondlara, cəzaçəkmə müəssisələrinə də məhdudiyyətlər tətbiq edilib.
Onlar insan hüquqlarını pozmaqda ittiham olunurlar.