ABŞ-da nəhəng körpü uçub

Dünya

26.03.2024 - 15:29

Baltimorda magistral körpü gəmi ilə toqquşma nəticəsində çöküb

ABŞ-ın Merilend ştatında nəhəng “Frensis Skott Key” körpüsü gəmi ilə toqquşduqdan sonra çöküb. Bu barədə AYNA “Daily Mail”ə istinadən bildirir.

Qeyd olunub ki, 2,7 kilometr uzunluğunda dörd zolaqlı polad körpünün bir neçə mərkəzi keçidi yük gəmisinin dayaq tirinə çırpılması nəticəsində dağılıb.

Qəza ABŞ Sahil Mühafizəsi və Merilend Nəqliyyat İdarəsi tərəfindən təsdiqlənib. Bildirilib ki, hadisə zamanı körpüdə nəqliyyat vasitələri hərəkət edirmiş. Hazırda qurbanların sayı məlum deyil.

Xatırladaq ki, Patapsko çayı körpüsü Baltimor limanı ilə 695 şossesi arasında əlaqə rolunu oynayır.

 

Müəllif: Ayna.az