Çindən ABŞ-a gələn sərnişinə yeni tipli koronovirus diaqnozu qoyulub
Çində sətəlcəm kimi yayılan, amma sonradan koronavirusun yeni növü olduğu müəyyən edilən virus ilk dəfə ABŞ-da qeydə alınıb.
AYNA “Report”a istinadən xəbər verir ki, koronoviruslu xəstə Sietl şəhərində (Vaşinqton ştatı - Red) aşkarlanıb.
Bildirilib ki, Çindən ABŞ-a gələn sərnişinə yeni tipli koronovirus diaqnozu qoyulub.
“The Washington Post” qəzeti isə bildirib ki, xəstəlik təxminən 30 yaşlarında, təyyarə ilə Çindən gələn kişidə aşkarlanıb. Onun vəziyyəti stabil qiymətləndirilir.