ABŞ-da koronavirusa yoluxanların sayı rekord həddə çatıb
Dünyada koronavirusdan ən çox zərər çəkən ABŞ-da vəziyyət gərginləşməyə davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, pandemiyanın yayılmasından sonra ABŞ-da gündəlik yoluxma sayı rekord həddə çatıb.
Belə ki, son 24 saat ərzində 84 min 218 nəfərə koronavirus diaqnozu qoyulub. Əvvəlki rekord yoluxma sayı isə 77 min 299 nəfərlə iyulun 16-da qeydə alınıb. Beləliklə, ölkədə virusa ümumi yoluxanarın sayı 8 milyon 493 min 669-a, ölənlərin ümumi sayı isə 223 min 995-ə çatıb.
Digər tərəfdən, ABŞ-ın “Washington” Universitetinin professorları ölkə daxilində qeyri-qanuni maskalardan istifadə, iş yerləri, restoranlar və məktəblərin açılması kimi tətbiqlərin davam edəcəyi halda, ölüm sayının 2021-ci il fevral ayının sonunda 511 min 373-ə çata biləcəyini deyiblər.