Ölkənin 20 ştatında 200-dən çox yoluxma qeydə alınıb
Ağ Ev ABŞ-da koronavirusla bağlı kifayət sınaq testlərinin olmadığını etiraf edib.
AYNA xarici mediaya əsasən xəbər verir ki, vitse-prezident Mike Pence açıqlamasında Tramp administrasiyasının bu həftə ölkəyə bir milyon test dəsti çatdırmaq məqsədi qoyduğunu deyib.
Qeyd edək ki, artıq Vaşinqtonda 12 nəfər koronavirusdan ölüb. Ölkənin 20 ştatında 200-dən çox yoluxma qeydə alınıb.
Məlumat üçün deyək ki, artıq dünyada virusa yoluxan xəstə sayı 98 minə çatıb, 3380 nəfər ölüb, virusa yoluxanların 55 mini isə sağalıb.