ABŞ-da koronavirusa yoluxanların sayı 5 milyonu ötüb

Dünya

09.08.2020 - 21:21

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

ABŞ-ın Cons Hopkins Universiteti ölkədə koronavirusa yoluxma hallarının sayının 5 milyonu ötdüyünü açıqlayıb.

 

Bu barədə AYNA universitetin saytına istinadən xəbər verir.

 

Məlumata görə, Birləşmiş Ştatlarda COVID-19-a yoluxma hallarının sayı 5 000 603-ə çatıb.  

 

Qeyd edilir ki, ölkədə təhlükəli infeksiyadan 162 441 insan ölüb. Məlumata görə, koronavirusa yoluxan 1 643 118 pasiyent sağalıb.

 

Xatırladaq ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Birləşmiş Ştatlar habelə pandemiya qurbanlarının sayına görə də digər ölkələri qabaqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş