ABŞ-da koronavirusa yoluxanların sayı 23 milyonu ötüb

Dünya

15.01.2021 - 02:56

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 232 943 yoluxma halı qeydə alınıb, 3 848 nəfər vəfat edib.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

 

Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 23 milyondan çox yoluxma qeydə alınıb.

 

ABŞ-da COVID-19-dan ölənlərin sayı 384 mini ötüb.

Müəllif: Ayna.az