ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

Dünya

12.01.2024 - 13:36

cedabet dərman SEO Xidməti

Qəzaya uğrayan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R helikopterinin bütün ekipaj üzvləri sağ qalıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 41 saylı “Helicopter Maritime Strike Squadron”a məxsus MH-60R helikopteri Kaliforniyada San Dieqo yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb. AYNA bildirir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, helikopter yerli vaxtla təxminən saat 18:40-da San Dieqo körfəzində adi məşq zamanı qəzaya uğrayıb.

Təyyarədə altı ekipaj üzvü olub və onların hamısı sağ qalıb.

Hadisə yerində olan xilasedici qayıq ekipaj üzvlərini sahilə çıxarıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş