ABŞ-da helikopter qəzası: <font color=red> ölənlər var</font>

Dünya

06.12.2019 - 07:42

Həkimlər Klinikalar SEO Xidməti

Həlak olanların hamısı ABŞ Milli Qvardiyasının hərbi qulluqçuları olub

 

ABŞ Milli Qvardiyasının helikopteri Sent-Klauda 
(Minnesota ştatı) şəhəri yaxınlığında qəzaya uğrayıb.

 

Bu barədə AYNA TASS-a istinadən xəbər verir.

 

Ştatın qubernatoru Tim Uolz mətbuat konfransında bildirib ki, qəza zamanı helikopterdə olan 3 nəfər həlak olub.

 

"UH-60 Black Hawk" helikopteri Sent-Klaudadan təxminən 25 kilometr cənub-qərbə qəzaya uğrayıb. "Qəza nəticəsində helikopterdə 3 heyət həlak olub", - Uolz deyib.

 

O, qeyd edib ki, həlak olanların hamısı ABŞ Milli Qvardiyasının hərbi qulluqçuları olub.

 

"Yaxın günlərdə araşdırma başlanacaq", - qubernator əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş