Polis əməkdaşları artıq şübhəli şəxsi saxlayıblar
ABŞ-ın Çikaqo şəhərindəki fərdi evdə təşkil edilən şənlik mərasimi zamanı baş verən silahlı insident nəticəsində azı 13 nəfər yaralanıb.
AYNA “Report”a istinadən xəbər verir ki, dörd nəfərin vəziyyəti ağırdır. Bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Polis əməkdaşları artıq şübhəli şəxsi saxlayıblar. Onun üzərindən silah aşkar edilərək götürülüb.