ABŞ Çinin 35 şirkətini “qara siyahı”ya salıb

Dünya

16.12.2022 - 01:44

ABŞ Çinə qarşı sanksiyaları genişləndirib

ABŞ Ticarət Nazirliyi Çinin 35 texnologiya şirkətinə və Yaponiyada yerləşən başqa bir təşkilata ixrac məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.

Bu barədə AYNA TASS-a istinadən xəbər verir.

 ABŞ Ticarət Nazirliyinin müvafiq qətnaməsi cümə axşamı Federal Reyestrin elektron məlumat bazasına (ABŞ hökumətinin sənədlər toplusu) daxil olub.

“ABŞ hökuməti bu təşkilatların addımlarının ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinin maraqlarına zidd olduğu qənaətinə gəlib”, - sənəddə deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş