“Əsgərlərin Azərbaycana salamat dönməklərinə sevindik!”
ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanın sülhməramlılarına təşəkkür edib. AYNA xəbər verir ki, bu barədə səfirliyin “Twitter” hesabında paylaşım edilib.
Paylaşımda bildirilir:
“Əfqanıstan hava limanında xidmət edən Azərbaycan sülhməramlılarına təşəkkür edirik! Azərbaycan sülhməramlılarına, ABŞ&NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələri zamanı təhlükəsizliyi təmin etməkdə kömək etdikləri üçün minnətdarıq. Əsgərlərin Azərbaycana salamat dönməklərinə sevindik!”.