"Zornamə" nədir? - "Dövlətin cibinə bu dəfə bir az dolayı yolla girirlər"

Mədəniyyət

24.07.2019 - 21:48

"İndi ölkəmizdə nəinki “zornamələr”, hətta “zorkitablar”, “zorjurnallar” da var"

 

"Cənubi Azərbaycanda mətbuat tarixi ilə bağlı məqalə tərcümə edirəm. Dünən çox maraqlı cümləyə rast gəldim. Deməli, 1860-cı illərdə İranda ilk qəzetlər çap olunan vaxtlarda qəzetlər çox maraqsız olduğu üçün camaat çox nadir hallarda qəzet alıb oxuyurmuş. Ona görə də dövlət qəzetləri rəsmi orqanlara göndərib dövlət qulluqçularına zorla abunə etirirdi. Elə bu səbəbdən də o zaman qəzetləri "Zornamə" "adlandırırdılar. Qəzet- ruznamə sözünə qarşılıq olaraq". AYNA xəbər verir ki, bu sözləri tanınmış publisist-tərcüməçi Sevil Gültən özünün "Facebook" hesabında paylaşıb. 

 


Tərcüməçi eyni vəziyyətin indiki Azərbaycanda da mövcüd olduğunu qeyd edib: "O vaxtdan az qala bir əsr yarım vaxt keçib. Nəinki Cənubu Azərbaycanda, burda, Şimali Azırbaycanda da eyni üsul davam etdirilir. İndi ölkəmizdə nəinki “zornamələr”, hətta “zorkitablar”, “zorjurnallar” da var. Dövlətin hesabına çap olunan kitablar elə dövlət təşkilatlarına da satılır. Məmurlar, yaxud “məmurələr” dövlətin cibinə bu dəfə bir az dolayı yolla girirlər".

 

Fotoğraf açıklaması yok.

Müəllif: Ayna.az