"Quruluş Osman” serialının yayım tarixi açıqlandı

Mədəniyyət

11.11.2019 - 18:29

Serialda baş rolu Türkiyənin məşhur aktyoru Burak Özçivit canlandıracaq

 

Azərbaycan tamaşaçısı tərəfindən də kifayət qədər sevilən “Diriliş Ərtoğrul” serialının davamı kimi çəkilən “Quruluş Osman” serialının efir tarixi açıqlanıb.

 

 AYNA xəbər verir ki, serial 20 noyabr çərşənbə axşamı saat 22:00-da ATV telekanalında tamaşaçıların görüşünə gələcək. 

 

Şeyx Ədəbalının Osman bəyə "Ey oğul, unutma! Yolumuz əzəldən əbədə qədərdir. Məqsədimiz könülləri sevindirmək, mübarizəmiz qul olmaqdır. Hilalın kölgəsində insanlara ədalət, mərhəmət və dərman ol. Dövlətin əbədi olsun” nəsihəti ilə başlayan serialın baş obrazını Türkiyənin məşhur aktyoru Burak Özçivit canlandıracaq. 

 

Qeyd edək ki, Burak Özçivit bundan əvvəl “Ata ocağı”, “Qeybətçi qız”, “Kiçik sirlər” və “Möhtəşəm yüz il” seriallarında da rol alıb. 

 

Müəllif: Mərahim Nəsib