Cəmil Fərəcovla vida mərasimi keçirilib

Mədəniyyət

02.08.2023 - 14:08

Əməkdar incəsənət xadimi “Qurd Qapısı”nda dəfn olunub

Ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla Təzə Pir məscidində vida mərasimi keçirilib. AYNA xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, dostları iştirak ediblər.

Vida mərasimindən sonra Əməkdar incəsənət xadimi “Qurd Qapısı” qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib.

Müəllif: Ayna.az