AAYDA Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi barədə məlumat yayıb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 95% icra olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd olunub ki, uzunluğu 123,6 km olan əsas yolun tikintisi hazırda 95% səviyyəsində tamamlanıb.
Məlumata görə, Zəngəzur dəhlizi layihəsi müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur. Layihənin ümumi uzunluğu 149,9 km təşkil edir ki, bunun 123,6 km-i əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır.
- Yolun eni: 14–21 metr
- Torpaq yatağının eni: 21,5–29,5 metr
- Hərəkət zolaqlarının sayı: 4–6
Qeyd edilib ki, bu göstəricilər nəqliyyatın rahat və fasiləsiz axını üçün əlverişli şərait yaradır.