Metroda gedişhaqları artırıla bilər

Xəbərlər

04.11.2019 - 10:58

“Gələn il üçün subsidiyanın 5 milyon manat azadılması, böyük ehtimalla, metroda gedişhaqlarının artırılmasına hesablanmış dəyişiklikdir”

 

2020-ci ildə metroda gedişhaqqı bahalaşa bilər. AYNA xəbər verir ki, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu sosial şəbəkə hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində dövlət şirkətlərinə və müəssisələrinə nəzərdə tutulan subsidiyalar barədə məlumatı açıqlayıb: “9 şirkətin yer aldığı siyahıya, 40 milyon manatla "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti başçılıq edir. Qeyd edim ki, cari il üçün “Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyəti üzrə 45 milyon manat nəzərdə tutulub. Gələn il üçün subsidiyanın 5 milyon manat azadılması, böyük ehtimalla, metroda gedişhaqlarının artırılmasına hesablanmış dəyişiklikdir”.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə