Zelenskidən Lukaşenkoya məsləhət: “Yeni seçki keçirməlidir”

Dünya

23.08.2020 - 11:42

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna Prezidenti: “Bir ay ərzində yeni seçki olsa, vəziyyət düzələ bilər”

 

Ukrayna Prezidenti Vladimir Zelenski belaruslu həmkarı Aleksandr Lukaşenkoya məsləhət verib. AYNA xarici mediaya istinadən bildirir ki, Zelenskinin tövsiyəsinə görə, Belarusda yeni seçki keçirilməlidir.

 

“Lukaşenko qısa müddətdə təkrar prezident seçkilərinin keçirilməsi qərarını verməlidir. Mən deyərdim ki, bu mütləqdir. Bir ay ərzində yeni seçki olsa, vəziyyət düzələ bilər”, - deyə Zelenski vurğulayıb.

 

Ukrayna Prezidenti bütün mümkün vasitələrlə beynəlxalq müşahidəçiləri bu seçkiyə dəvət edəcəyini də qeyd edib.

 

Qeyd edək ki, avqustun 17-də Zelenski Belarusdakı vəziyyətin kəskinləşməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də bir sıra regional dövlət idarələrinin rəhbərləri ilə qapalı iclas keçirib. Ukrayna lideri bildirib ki, qonşu ölkədə baş verən hadisələr ölkəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

 

Xatırladaq ki, Belarusda etirazlar ikinci həftədir davam edir. Aksiyalar prezident seçkilərinin rəsmi nəticələri elan olunduqdan sonra başlayıb. Avqustun 9-da keçirilən seçkilərin rəsmi nəticələrinə görə, hazırkı Prezident Lukaşenko 80 faizdən çox səs toplayıb. Müxalif namizəd Svetlana Tixanovskaya isə 10 faizdən bir qədər artıq səs qazanıb. Xalq seçkinin nəticələri ilə razılaşmır, Lukaşenkonu istefaya səsləyərək yeni seçkilərin keçirilməsini tələb edir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş