Zelenski: “Ukrayna Avropa İttifaqına daxil olacaq”

Dünya

04.11.2022 - 17:19

Həkimlər Klinikalar SEO Xidməti

"Müharibə ona görə başladı ki, Rusiya bizi müstəqil ölkə, Avropa ölkəsi kimi tanımır”

“ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Amerika cəmiyyətinin əksəriyyəti Ukraynanın yanındadır”. AYNA xəbər verir ki, bu sözləri xarici mediaya müsahibəsində Ukrayna Prezidenti Volodimir Putin deyib.  

Prezident Amerika cəmiyyətinin Ukraynaya dəstəyinin davam etdirilməsi ilə bağlı narahatlığa əsas görmür.

Zelenski deyib ki, Amerika cəmiyyətinin seçiminə hörmətlə yanaşacaqlar: "Müharibə ona görə başladı ki, Rusiya bizi müstəqil ölkə, Avropa ölkəsi kimi tanımır. Xalqın müstəqil olmaq istədiyi Belarusda da eyni şey olacaq. Niyə Rusiya Belarusda insanların necə yaşamasına qərar verməlidir?".

“Ukrayna Avropa İttifaqına daxil olacaq. Gec və ya tez olacağını demək istəmirəm, çünki artıq gec olduğuna inanıram”, - Zelenski vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş