Zelenski: “Türkiyədə çalışan xilasedicilərimizdən çox yaxşı xəbər var”

Dünya

15.02.2023 - 07:31

cedabet dərman SEO Xidməti

Ukrayna Prezidenti: "Bütün xilasetmə qrupumuza təşəkkür edirik!"

“Bu gün (dünən-red) Türkiyədə çalışan bir qrup xilasedicilərmizdən çox yaxşı xəbər var”.

AYNA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, ukraynalı xilasedicilər Türkiyədə dağıntılar altından bir qadını xilas ediblər.

“Dağıdıcı zəlzələdən sonra doqquzuncu gündə bir qadın xilas edildi. O, bizim Fövqəladə Hallar Dövlət Xidmətimiz tərəfindən dağıntılar altından çıxarılaraq həkimlərə təhvil verilib”, - Zelenski deyib.

“Heç bir şəraitdə ümidini itirməmək və həyat uğrunda mübarizəyə davam etmək çox vacibdir. Bütün xilasetmə qrupumuza təşəkkür edirik!”, - Zelenski vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş