Zelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə edib

Dünya

03.01.2024 - 01:51

cedabet dərman SEO Xidməti

Telefon danışığı zamanı bir sıra məsələlər ətrafında müzakirələr aparılıb

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi press-reliz yayıb.

Bildirilib ki, tərəflər başda hava hücumundan müdafiənin, Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli imkanlarının daha da gücləndirilməsi və Ukraynanın silah-sursatda digər təcili ehtiyaclarının ödənilməsi olmaqla müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.

Eyni zamanda, Ukrayna lideri britaniyalı siyasətçini Rusiyanın Ukraynaya son kütləvi hücumu haqqında da bilgiləndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş