Fərqli şirkətlər və şəxslər müxtəlif sanksiyalara məruz qalıb
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 254 müəssisə və təşkilatına, o cümlədən Rusiya Federasiyasının 438 vətəndaşına qarşı sanksiya tətbiq edib. AYNA xəbər verir ki, müvafiq fərman Prezidentin saytında dərc olunub.
Fərqli şirkətlər və şəxslər müxtəlif sanksiyalara məruz qalıb.
Məsələn, olimpiya çempionları da daxil olmaqla 82 idman xadiminə Ukrayna vizalarının verilməsi, Ukraynaya girişi, iqtisadi və maliyyə öhdəliklərini yerinə yetirməsi 50 il müddətinə qadağan edilib.
Eyni zamanda, rəqəmsal və informasiya texnologiyaları sahəsində şirkətlərə qarşı 10 il müddətinə sanksiyalar tətbiq edilib.
Onların içərisində xüsusən də "Qazpromneft" - rəqəmsal həllər, "Qazprom avtomatizasiya", inteqral sxemlər istehsalçısı Mikron, “Innotech” şirkətlər qrupu, həmçinin “Yandex”, “Rambler” və “Vkontakte” var. Sanksiyalar içərisində aktivlərin dondurulması, lisenziyaların ləğvi və digər məhdudiyyətlər var.