“Bu mərhələ ən çətin mərhələ olacaq”
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müharibədə son mərhələsində olduğunu bildirib. AYNA xəbər verir ki, Ukrayna lideri Rumıniyanın “Digi24” telekanalına müsahibəsində münaqişənin bitməsi ilə bağlı dəqiq tarix deyə bilməyəcəyini söyləyib.
“Mən sizə dəqiq tarixi deyə bilmərəm. Amma müharibə son hissədədir. Təbii ki, bu mərhələ ən çətin mərhələ olacaq”, - Zelenski əlavə edib.