Zelenski Moskvaya getməkdən imtina edib

Dünya

30.01.2026 - 19:28

Ukrayna Prezidenti Putini Kiyevə dəvət edib

Ukrayna Prezidenti Volodimir Zelenski Kremlin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Moskvaya davamlı dəvətlərinə münasibət bildirib.

AYNA.AZ "Ukrainskaya Pravda"ya istinadən bildirir ki, Zelenski jurnalistlərlə söhbətində deyib: "Aydındır ki, mənim Putinlə Moskvada görüşüm mümkün deyil. Mən də öz növbəmdə onu Kiyevə dəvət edə bilərəm - qoy gəlsin. Əlbəttə ki, əgər o, gəlmək qərarına gələrsə, mən onu açıq şəkildə dəvət edirəm".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş