Ukrayna Nikosiyada Kiprin Aİ Şurasına sədrliyinin açılış mərasimində iştirak edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının rotasiya sədrliyini öz üzərinə götürən Kiprə gedib. AYNA.AZ-ın Ukrayna mediasına istinadən məlumatına görə, bu barədə Prezident Aparatından bildirilib.
Zelenski Nikosiyada keçiriləcək Kiprin Aİ Şurasına sədrliyinin açılış mərasimində iştirak edəcək.
Səfəri zamanı Zelenskinin Kipr Prezidenti Nikos Xristodulideslə, ardınca isə Kipr Baş Yepiskopu Corcla görüşməsi gözlənilir.
Prezident Aparatının məlumatına görə, "Zelenski Xristodulideslə daha bir görüş keçirəcək və bu görüşdə Avropa Şurasının Prezidenti Antonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen də iştirak edəcək.