Təhlükəsizlik sazişi imzalanacaq
Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik sazişi imzalamaq və Baş nazir Pedro Sançes ilə danışıqlar aparmaq üçün İspaniyaya gedib. AYNA xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidentinin “Telegram” kanalında yer alıb.
“İkitərəfli təhlükəsizlik sazişi imzalamaq və Baş nazir Pedro Sançes ilə danışıqlar aparmaq üçün İspaniyaya gedib”, məlumatda vurğulanıb.
Zelenski səfər çərçivəsində İspaniya kralı VI Felipe tərəfindən də qəbul ediləcəyini bildirib.
Bundan əlavə, Ukrayna lideri İspaniya parlamentinin palata və fraksiya sədrləri ilə də görüşmək niyyətindədir.