Ukrayna hərbi mütəxəssisləri Yaxın Şərq ölkələrinə PUA-lardan müdafiədə kömək edir
“Ukrayna Yaxın Şərq ölkələrinə 201 ədəd pilotsuz təyyarə əleyhinə hərbi mütəxəssis göndərib, daha 34 nəfər isə yerləşdirilməyə hazırdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski qeyd edib ki, bunlar “Şahid” tipli dronlardan necə müdafiə olunmağı bilən hərbi mütəxəssislərdir. Komandalarımız artıq BƏƏ, Qətər və Səudiyyə Ərəbistanındadır və Küveytə də gedirlər. Bir neçə başqa ölkə ilə işləyirik. Artıq müqavilələr bağlanıb. İranın qonşularına qarşı terrorizminin uğur qazanmasını istəmirik", - deyə Ukrayna Prezidenti vurğulayıb.
Xatırladaq ki, Zelenski bu yaxınlarda "The New York Times" qəzetinə verdiyi müsahibədə Ukraynanın İordaniyadakı Amerika hərbi bazalarını qorumaq üçün tutucu dronlar və bir qrup mütəxəssis göndərdiyini bildirib.