"Qərarların məhz Ukraynanın maraqları çərçivəsində verilməsi üçün hələ zamana ehtiyacımız var”
Kiyev və Moskva arasında danışıqlarda tərəflərin mövqeləri artıq real səslənir. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” sosial şəbəkəsində yazıb.
“Görüşlər davam edir. Artıq danışıqlarda daha real mövqelər səslənir. Lakin qərarların məhz Ukraynanın maraqları çərçivəsində verilməsi üçün hələ zamana ehtiyacımız var”, - deyə Ukrayna lideri vurğulayıb.
Qeyd edək ki, artıq Belarusda Ukrayna və Rusiya arasında danışıqların beş raundu keçirilib.