“Rusiya konsulluqları xaricə gedən rusların biometrik məlumatlarını toplamır”
“Rusiyanın xaricdəki konsulluqları ölkəni tərk edən vətəndaşların biometrik məlumatlarını toplamır”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, xaricə gedən rusiyalıların konsulluq qeydiyyatı indi bildiriş xarakteri daşıyır.
Bundan əvvəl Moskva və Rusiyanın Patriarxı Kirill Rusiyanı tərk edən insanları səhvlərini başa düşdükləri təqdirdə rədd etməməyə çağırıb.