Zaxarova: “Kiyevlə Qərb ölkələtri arasında təhlükəsizlik razılaşmaları heç nəyi dəyişmir”

Dünya

29.02.2024 - 10:59

“Onlar uzun müddətdir ki, praktikada baş verənləri, yəni Kiyevə irimiqyaslı hərbi-texniki və maliyyə yardımını bəyan edirlər”

“Kiyevlə Qərb ölkələri arasında təhlükəsizliklə bağlı razılaşmalar mahiyyətcə heç nəyi dəyişmir”. AYNA “RİA Novosti”yı istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Onlar uzun müddətdir ki, praktikada baş verənləri, yəni Kiyev rejiminə irimiqyaslı hərbi-texniki və maliyyə yardımını bəyan edirlər. Bu sazişlər də onun tərkib hissəsidir”, Zaxarova vurğulayıb.

Qeyd edək ki, əvvəllər Ukrayna İtaliya və Kanada ilə təhlükəsizlik zəmanətləri haqqında sazişlər imzalayıb. Ukrayna həmçinin Norveçlə təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlara başlayıb.

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual