Zaxarova: “ABŞ Fələstin-İsrail nizamlanması məsələlərinin “iki dövlət” düsturuna əsaslanan ciddi müzakirəsindən geri çəkilib”
“ABŞ Prezidenti Co Baydenin suveren Fələstin dövlətinin yaradılmasının zəruriliyi ilə bağlı sözləri anlayışların əvəzlənməsidir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova qeyd edib ki, Vaşinqtonda suveren Fələstin dövlətinin yaradılmasının zəruriliyi ilə bağlı tezis müzakirə olunur: “Bununla əlaqədar olaraq bir daha bildirmək istərdik ki, söhbət anlayışların dəyişdirilməsindən gedir”.
Rusiya XİN rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatlar özü Fələstin-İsrail nizamlanması məsələlərinin “iki dövlət” düsturuna əsaslanan ciddi müzakirəsindən geri çəkilib.
Qeyd edək ki, bundan əvvəl Bayden İsrailin Qəzza zolağının işğalının böyük səhv olacağı fikrini bildirmişdi.