Zaxarova: “Assancın həbsdən çıxandan sonra susması qorxuludur”

Dünya

26.06.2024 - 15:41

Həkimlər Klinikalar SEO Xidməti

“Bu qədər il qanunsuz, ədalətsiz və alçaldıcı təqiblərdən sonra azadlığa çıxan adam susur...”

““Wikileaks”in qurucusu Culian Assancın azadlığa çıxdıqdan sonra susması qorxulu və şübhəlidir”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Assancın məhkəməni tərk etdikdən sonra bir kəlmə də danışmaması çox qorxulu idi. Bu qədər il qanunsuz, ədalətsiz və alçaldıcı təqiblərdən sonra azadlığa çıxan adam susur... Həqiqəti öz rifahından üstün tutan adamın bu 14 il ərzində ona dəstək olan xalqa yəqin ki, sözü var”, deyə rus diplomat qeyd edib.

Zaxarova əlavə edib ki, Assancın həbsxanada saxlanma şəraiti barədə məlumatı yoxdur.

Qeyd edək ki, iyunun 24-də Culian Assanc Londondakı Belmarş həbsxanasından buraxılıb. Jurnalistin azadlığa buraxılması barədə qərar ittiham tərəfi ilə ilkin razılıq əldə edildikdən sonra qəbul edilib. İyunun 25-də Şimali Mariana Adaları məhkəməsində onun casusluqda təqsirliliyi barədə işə xitam verilib. Razılaşmanın şərtlərindən biri ABŞ-a icazəsiz səfərə qadağa qoyulmasıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş