Zakir Həsənov Türkiyəyə səfər edib

Xəbərlər

08.10.2025 - 21:26

Nazirin türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir. AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Türkiyəyə səfəri çərçivəsində general-polkovnik Zakir Həsənovun Ankarada türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş