Zakir Həsənov Moskvaya dəvət olunub

Xəbərlər

22.06.2020 - 12:16

cedabet dərman SEO Xidməti

Müdafiə naziri hərbi parada iştirak edəcək

 

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Xəbərdə qeyd olunub ki, general-polkovnik Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi parada qonaq qismində qatılacaq. Nümayəndə heyəti iyunun 23-də Moskvaya yola düşəcək. Paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş