FOTOLAR"/>

Bakı-Sumqayıt yolunu yenə "əjdaha" kəsib - <font color=red> FOTOLAR</font>

Xəbərlər

27.08.2019 - 12:09

Tıxac Masazır körpüsünün başlanğıcından, Xırdalan qəbiristanlığı da daxil olmaqla, Bakıya qədər davam edir

 

Hazırda Bakı-Sumqayıt yolunun Bakıya tərəf gələn hissəsində güclü tıxac müşahidə olunur. AYNA-nın ərazidə olan əməkdaşı xəbər verir ki, tıxac Masazır körpüsünün başlanğıcından başlayaraq Xırdalan qəbiristanlığı da daxil olmaqla, Bakıya qədər davam edir.

 

Tıxacın səbəbi isə, çox təəssüf ki, yolun asfalt örtüyünün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən qazılması və ağır texnikanın yolun ortasında dayanaraq, avtomobillərin hərəkətinə mane olmasıdır.

 

Yolun "Vaz dairəsi" kimi tanınan hissəsindən üzü Bakıya tərəf, Xırdalan dairəsinədək olan hissəsində asfalt örtük ağır texnika tərəfindən qazılıb. Qazıntı işi bəzi hissələrdə yolu tam əhatə edir, bəzi yerlərdə isə qismən.

 

Yol qazıldığı üçün sürücülər məcburən əyləci basır və çox asta sürətlə hərəkət edirlər. Üstəlik də, ağır texnika vasitələri yolun ortasında "istirahət edir".

Yolda, həmçinin mövcud olan iri texnika da avtomobillərin hərəkətini məhdudlaşdırır. Yarım saata yaxındır tıxacda gözləyən sürücülər var.

Müəllif: Ayna.az