Zabrat-Kürdəxanı avtomobil yolunda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Xəbərlər

02.09.2024 - 16:15

cedabet dərman SEO Xidməti

AAYDA: "Sabah Bakının 28 May küçəsinə qədər hərəkət məhdudlaşdırılacaq"

Sentyabrın 3-ü saat 06:00-dan başlayaraq Mehdiabad-Digah-Məmmədli “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən avtomobil yolunda Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər olan hissədə aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş