Bərdə və Tərtərdə qaz təminatında fasilələr olacaq
Oktyabrın 22-si saat 10:00-dan “Qaz İxrac” İdarəsi “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 43-cü km-də yerüstü kanal keçidində aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verir.
Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən Bərdə və Tərtər rayonlarının bir qrup abonenti bu müddətdə qazı fasilələrlə alacaq.