“Yuventus”un futbolçuları koronavirusdan sağalıb

İdman

16.04.2020 - 03:41

Həkimlər Klinikalar SEO Xidməti

"Matyuidi və Ruqaninin son testi mənfi çıxıb"

 

"Yuventus"un futbolçuları Blez Matyuidi və Daniele Ruqani koronavirusa qalib gəlib.

 

AYNA xəbər verir ki, hər iki oyunçunun son testi mənfi çıxıb.

 

"Matyuidi və Ruqaninin son testi mənfi çıxıb. Futbolçularımız yaxşılaşıb və ev şəraitindəki müalicələri sona çatıb", - deyə Turin klubunun saytında qeyd olunub.

 

Qeyd edək ki, "qoca sinyora"nın digər futbolçusu Paulo Dibala da koronavirusa yoluxub.

Müəllif: Ayna.az