"Mançester Yunayted" "Bavariya"nın futbolçusunu istəyir

İdman

11.06.2020 - 01:51

Həkimlər Klinikalar SEO Xidməti

Almanlar Tolissonu 35 milyon avroya sata biləcəyini qarşı tərəfə bildirib

 

"Bavariya"nın yarımmüdafiəçisi Koranten Tolisso komandasını dəyişə bilər.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, 26 yaşlı orta sahə oyunçusunu "Mançester Yunayted" transfer etmək istəyir.

 

Premyer Liqa təmsilçisi Fransa millisinin üzvü ilə danışıqlara başlayıb. Münhen təmsilçisi də onun gedişinə qarşı deyil. Almanlar Tolissonu 35 milyon avroya sata biləcəyini qarşı tərəfə bildirib. Oyunçu ilə həmçinin "İnter" də maraqlanır.

 

Qeyd edək ki, Koranten Tolisso "Bavariya"ya 2017-ci ildə 41 milyon avro qarşılığında "Lion"dan keçib.

Müəllif: Ayna.az