London derbisinin qalibi bəlli oldu

İdman

06.12.2020 - 23:29

“Tottenhem” “Arsenal”ı də məğlub edib

 

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turunun mərkəzi qarşılaşması keçirilib. AYNA xəbər verir ki, London derbisində “Arsenal” səfərdə “Tottenhem”in qonağı olub.

 

Görüş meydan sahiblərinin 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb.  Bu qələbə sayəsində “Tottenhem” xal ehtiyatını 24-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Arsenal” isə 13 xalla 15-ci yerdə qərarlaşıb.

Müəllif: Ayna.az