Kərim Benzema karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb

İdman

18.04.2020 - 04:52

Benzema 2009-cu ildə “Lion”dan “Real”a keçib

 

“Hər şeyə görə “Lion”a borcluyam”.

 

AYNA-nın məlumatına görə, bunu İspaniyanın “Real” klubunun futbolçusu Kərim Benzema deyib.

 

Fransalı hücumçu karyerasını vətənində bitirmək variantına aydınlıq gətirib. O bildirib ki, vaxtilə parladığı “Lion”da oynamağın əleyhinə deyil: “Yenidən ora qayıtmaq üçün indi münasib zaman deyil. Mən dünyanın ən yaxşı klubu “Real”da bundan sonra da tarix yazmaq istəyirəm. Sonra necə olacağını heç kim bilmir. Yəqin ki, karyeramı “Lion”da bitirəcəyəm. Niyə də olmasın ki?”.

 

Qeyd edək ki, Benzema 2009-cu ildə “Lion”dan “Real”a keçib və bu müddətdə 241 qol vurub.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə