“Qarabağ” daha bir transferə imza atıb

İdman

26.07.2020 - 14:33

Ağdam klubu məşhur futbolçunun qardaşını sıralarına qatıb

 

Ağdamın “Qarabağ” klubu növbəti transferini reallaşdırıb. AYNA xəbər verir ki, klubunun rəsmi “Facebook” hesabında yayımlanan məlumata görə, “Qarabağ” serbiyalı Uroş Matiçlə müqavilə bağlayıb.

 

30 yaşlı yarımmüdafiəçi 8 nömrəli formanı geyinəcək. Onunla 3 (2+1) illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Uroş Matiç məşhur serbiyalı futbolçu Nemanya Matiçin qardaşıdır.

 

Danimarkanın “Kopenhagen” klubuna məxsus U.Matiç bundan əvvəl “Apoel”də icarə əsasında forma geyinib və keçən il avroliqada “Qarabağ”a qarşı matçda oynayıb.

Müəllif: Ayna.az