Qəza yerinə helikopter və gəmilər cəlb edilib
İon dənizində, Yunanıstana məxsus Paksos adası yaxınlığında qanunsuz miqrantları daşıyan gəmi batıb.
AYNA “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 12 nəfər ölüb, 21 nəfər xilas edilib.
Bu barədə Yunanıstanın Sahil Mühafizəsi məlumat yayıb. Bildirilib ki, qəza yerinə helikopter və gəmilər cəlb edilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2019-cu ildə Yunanıstana 74,5 minədək qaçqın və köçkün gəlib. Onların əksəriyyəti dəniz yolunu seçib.