Yunanıstanda F-16 qırıcısı qəzaya uğrayıb

Dünya

20.03.2024 - 17:09

cedabet Klinikalar SEO Xidməti

Pilotun təyyarəni tərk edə bildiyi güman edilir

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Halkidiki yarımadasının cənubunda yerləşən Psatura adası yaxınlığında qəzaya uğrayıb.

AYNA xəbər verir ki, bu barədə Yunanıstanın “Proto Thema” qəzeti məlumat yayıb.

Məlumata görə, qırıcının qəzaya uğradığı yerin yaxınlığında paraşüt görülüb. Güman edilir ki, pilot təyyarəni tərk edə bilib.

Qeyd edilib ki, pilotun axtarışına başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş